Bank Of Baku

TƏBİB-in tibb müəssisələrində bu il 4,8 milyon vətəndaşa tibbi xidmət göstərilib

TƏBİB-in tibb müəssisələrində bu il 4,8 milyon vətəndaşa tibbi xidmət göstərilib
# 20 dekabr 2023 11:40 (UTC +04:00)

Tibb müəssisələrinə 54 milyon manatdan çox məbləğdə avadanlıqlar alınıb.

APA xəbər verir ki, bunu TƏBİB-in 5 illiyinə həsr edilmiş tədbirdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, TƏBİB-in tabeli tibb müəssisələrində maddi-texniki bazanın yenilənməsi prosesi davam etdirilir:

"İnstrumental müayinələrin aparılması, mürəkkəb cərrahi prosedurların icrası üçün 2022-2023-cü illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə 54 milyon manatdan çox məbləğdə avadanlıqlar alınıb”.

Vüqar Qurbanov “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən 78 tibb müəssisəsinin laboratoriyalarının tamamilə yeniləndiyini deyib.

TƏBİB-in İcraçı direktoru 2023-cü ilin yanvar-noyabr aylarında tabeli tibb müəssisələrində 4,8 milyon vətəndaşa xidmət göstərildiyini bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin yanvar-noyabr ayları ərzində bu rəqəm 4,4 milyon olub.

İcraçı direktor 2023-cü ildə göstərilən tibbi xidmətlərin 59%-nin regionların payına düşdüyünü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR