Bank Of Baku

TƏBİB: İTS çərçivəsində həkim göndərişi olmadan MRT və KT müayinəsindən yararlanmaq mümkün deyil

TƏBİB: İTS çərçivəsində həkim göndərişi olmadan MRT və KT müayinəsindən yararlanmaq mümkün deyil
# 24 fevral 2023 15:48 (UTC +04:00)

Vətəndaşlar icbari tibbi sığorta çərçivəsində həkim göndərişi olmadan MRT və KT müayinəsindən yararlana bilməzlər.

APA xəbər verir ki, bunu TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva deyib.

Onun sözlərinə görə, MRT və KT müayinəsi üçün vətəndaşlar ixtisaslı həkimə müraciət etməlidirlər:

"Vətəndaş müayinə üçün yaxınlaşdığında diaqnostika aparılacaq nahiyə, eyni zamanda həkim üçün ilkin məlumat olmadığına görə, bu mümkün deyil. Buna görə, vətəndaş ilk olaraq ixtisaslı həkimə müraciət edərək göndəriş almalıdır".

Səbinə Quliyeva qeyd edib ki, özəl tibb müəssisələrinə ən çox radioloji xidmətlər, MRT, KT müayinələri, dar ixtisaslı həkimlər üçün göndərişlər verilir:

"Bununla yanaşı neyrocərrahlara, ürək-damar cərrahiyəsi, travmatoloji müayinələr və s. xidmətlərdən yararlanmaq üçün vətəndaşlara özəl tibb müəssisələrinə göndəriş vərəqələri verilir. İcbari Tibbi Sığorta vətəndaşlara həm yüksək səviyyədə, həm də əlçatan xidmət etmək üçün özəl tibb müəssisələri ilə mütəmadi olaraq müqavilə bağlayır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR