Vətəndaşların ambulator tibbi yardım üçün birbaşa xəstəxanaya müraciət etməsi mümkündür.
APA xəbər verir ki, bunu TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva deyib.
Onun sözlərinə görə, Tibbi Sığorta haqqında qanunda müştərək maliyyələşmə məbləği bir il müddətinə təxirə salındığına görə, vətəndaşlar ambulator müayinə üçün göndəriş olmadan birbaşa xəstəxanaya yaxınlaşa bilərlər.
Qeyd edilib ki, müştərək maliyyələşmə məbləği sığorta olunanın hansısa hadisə baş verdiyində özü tərəfindən ödənilən məbləğdir.