Bank Of Baku

Təhlükəli xəstəliklərə yoluxan heyvanlara görə ziyanın ödənilməsi mexanizmi təkmilləşdirilir

Təhlükəli xəstəliklərə yoluxan heyvanlara görə ziyanın ödənilməsi mexanizmi təkmilləşdirilir
# 20 aprel 2023 10:06 (UTC +04:00)

Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydalarına dəyişiklik edilib.

APA cəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklər baş verdikdə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Baytarlıq haqqında” qanuna uyğun olaraq icrası məcburi olan qərarlar qəbul ediləcək və həmin qərarların icrası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən təmin ediləcək.

Bütün növ heyvanlar üçün ümumi olan xəstəliklərə yoluxmuş yüklərin məhv edilməsi prosesi Agentliyin qərarına əsasən “Baytarlıq haqqında” qanuna uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən xüsusi ayrılmış yerlərdə həyata keçiriləcək. Həmin xəstəliklər aşağıdakılardır:

- quduzluq;
- dabaq;
- qarayara;
- tulyaremiya;
- botulizm.
Qaramalın xəstəlikləri:
- taun;
- rinotraxeit;
- kataral isitmə;
- emfizematoz karbunkul.
Davarın xəstəlikləri:
skrepi;
bradzot-enterotoksemiya;
çiçək.
Donuzların xəstəliyi:
Afrika taunu.
Quşların xəstəliyi:
- taun;
- qamboro;
- yüksək patogenli quş qripi;
- ornitoz;
streptokokkoz.
Atların xəstəlikləri:
- epizootik limfanqoit;
- cütləşmə xəstəliyi;
- Afrika taunu;
- manqo;
saqqo.
Dəvələrin xəstəliyi:
- taun.
İt və pişiklərin xəstəlikləri:
- toksoplazmoz;
- mikrosporiya.
Dovşan, qunduz və vəhşi heyvanların xəstəlikləri:
- vərəm;
- tulyaremiya;
- miksomatoz;
- streptokokkoz;
- stafilokokkoz;
- kaxeksiya;
- trixinelyoz;
- tetanus.
Eyni zamanda qərara əsasən, bruselyoz və vərəm xəstəliklərinə yoluxmuş yüklərin emalı və ya təkrar emalı Aqrar Xidmətlər Agentliyi və ixtisaslaşmış heyvan kəsimi və (və ya) emal müəssisələri ilə bağlanılmış müqavilə əsasında həyata keçirilir.
Bruselyoz və vərəm xəstəlikləri istisna olmaqla, leykoz, donuzların xəstəliyi - taun, quşların xəstəlikləri -infeksion larinqotraxeit, infeksion bronxit;
çiçək, pasterelyoz, atların xəstəliyi - yoluxucu ensefalomielitə yoluxmuş yüklərin götürülmədən məcburi zərərsizləşdirilməsi Aqrar Xidmətlər Agentliyi tərəfindən təmin ediləcək, emalı və ya təkrar emalı prosesi isə Agentliyin və Aqrar Xidmətlər Agentliyinin birgə iştirakı ilə yüklərin təhvil verildiyi heyvan kəsimi və (və ya) emal müəssisələri tərəfindən həyata keçiriləcək.

Göstərilən xəstəliklərə yoluxmuş yüklər aşkar edildikdə, bu barədə baytarlıq mütəxəssisləri və ya yük sahibləri tərəfindən 1 (bir) gün ərzində yerli icra hakimiyyəti orqanına, Agentliyin müvafiq regional bölməsinə (bundan sonra – regional bölmə) və (və ya) Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin aidiyyəti yerli qurumuna müraciət edilir. Yerli icra hakimiyyəti orqanı, regional bölmə və yerli qurum tərəfindən xəstəliklə bağlı şübhəli halın araşdırılması və xəstəliyin ilkin diaqnozunun təyin edilməsi məqsədilə müraciət daxil olan vaxtdan 1 (bir) gün müddətində yüklərə yerində baxış keçirilir və mövcud vəziyyətin ilkin araşdırılmasına dair ilkin akt tərtib edilir. İlkin akt yerli icra hakimiyyəti orqanının nümayəndəsi, regional bölmənin baytarlıq müfəttişi və yerli qurumun rəhbəri, həmçinin yük sahibi tərəfindən imzalanır və möhürlənir. İlkin aktın nüsxələri yük sahibinə (bu barədə yük sahibinin imzası alınmaqla), yerli icra hakimiyyəti orqanına, regional bölməyə və yerli quruma, diaqnostik nümunələr isə həmin gün ərzində yerli qurum tərəfindən Agentliyin aidiyyəti laboratoriyalarına təqdim edilir. Yüklərdən götürülmüş nümunələrin müayinəsi və ekspertizası baytarlıq-sanitariya normalarına uyğun olaraq Agentliyin laboratoriyalarında aparılır və nəticələri sınaq protokolu ilə rəsmiləşdirilir.. İlkin akt və sınaq protokolunun nəticəsinə əsasən bu Qaydalarda göstərilən xəstəliklər aşkar edilərsə, 5 (beş) iş günü müddətində epizootiya əleyhinə fövqəladə komissiyaya məlumat verilir. Baş vermiş xəstəlik barəsində məlumatlar və onunla bağlı görülməli tədbirlər barəsində aşağıdakı məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS-ə) daxil edilir və real vaxt rejimində “Elektron kənd təsərrüfatı” informasiya sisteminə (EKTİS-ə) ötürülür:

- laboratoriya müayinəsi nəticəsində müəyyən edilən son diaqnoz barədə müvafiq məlumatlar;

- yük sahibi və ya yük üzrə məsul şəxs, habelə yükün yerləşdiyi ərazi barədə məlumatlar;

- xəstəlik daşıyıcısı olan heyvanın növü, növlər üzrə baş sayı, onun (onların) çəkisi, habelə heyvan mənşəli məhsul və xammal barədə məlumatlar;

- heyvan xəstəliyinin yayılmasına səbəb ola bilən və bu səbəbdən məhv ediləcək və ya zərərsizləşdiriləcək alət və əşyalar barədə məlumatlar (siyahı);

- yükü aşkar etmiş mütəxəssisin (mütəxəssislərin) adı, soyadı, atasının adı, işlədiyi qurumun adı və vəzifəsi;

- laboratoriyaya müayinə üçün nümunə və materialın göndərilməsi, həmçinin aparılmış laboratoriya müayinələrinin nəticələri haqqında məlumatlar;

- laboratoriya müayinələri nəticəsində xəstəliklərin təhlükəlilik dərəcəsindən asılı olaraq heyvanların, heyvan mənşəli məhsulların və xammalın, alət və əşyaların məhv edilmə və ya zərərsizləşdirilmə üsulu;

- xüsusi təhlükəli xəstəlik barədə məlumatın ilk dəfə daxil olduğu tarix.

Agentlik tərəfindən istifadəyə yararsız və ya şərti yararsız sayılmış (xəstəliyin təhlükəlilik dərəcəsindən asılı olaraq) yüklərin dövriyyədən çıxarılması, habelə həmin yüklərin götürülməsi, məhv edilməsi və ya götürülmədən zərərsizləşdirilməsi barədə Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 436 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”na əlavədə müəyyən olunmuş formada qərar qəbul edilir. Həmin qərar qəbul edildikdən sonra 3 (üç) iş günü müddətində Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS-ə) daxil edilir və real vaxt rejimində EKTİS-ə ötürülür.

Dövriyyədən çıxarılmış yüklərin emala və ya təkrar emala yönəldilməsi, habelə heyvanlar üçün yem kimi istifadə edilməsi Agentliyin razılığı və iştirakı ilə yük sahibi və ya onun vəkil etdiyi digər şəxs tərəfindən həyata keçirilir.

Bruselyoz və vərəm xəstəliklərinə yoluxduğuna görə dövriyyədən çıxarılmış yüklərin emala və ya təkrar emala yönəldilməsi, habelə heyvanlar üçün yem kimi istifadə edilməsi bu Qaydalara

uyğun olaraq həyata keçirilir.

Dövriyyədən çıxarılmış yüklərin sonrakı aqibəti barədə sənəd Aqrar Xidmətlər Agentliyi tərəfindən, bu Qaydalara uyğun olaraq dövriyyədən çıxarılmış yüklərin isə sonrakı aqibəti barədə sənəd yük sahibi tərəfindən Agentliyə təqdim edilir.

Qüvvədə olan qərara əsasən, heyvanların və əhalinin sağlamlığı üçün xüsusi təhlükəli yüklərin məhvi nəticəsində dəymiş ziyanın əvəzini yük sahibləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş "Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə, həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları"na uyğun olaraq almaq hüququna malikdirlər. Dəyişikliyə əsasən, artıq heyvanların və əhalinin sağlamlığı üçün xüsusi təhlükəli yüklərin məhvi nəticəsində dəymiş ziyanın əvəzini yük sahibləri “Karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları”na uyğun olaraq almaq hüququna malik olacaqlar.

Qaydalara “Xəstəlik qeydə alınmış ərazidə mövcud vəziyyətin ilkin araşdırılmasına dair akt” əlavə edilsin.

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, qərarların əsas məqsədi heyvan və insan sağlamlığı üçün xüsusi təhlükəli zoonoz xəstəliklərin, o cümlədən bruselyoz və vərəmin qarşısının alınması və aradan qaldırılması məqsədilə həmin xəstəliklərə tutulmuş heyvanların, eyni zamanda onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi, götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalının təşkil edilməsi ilə hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi mexanizminin müəyyən edilməsindən ibarətdir.

Qərarların qüvvəyə minməsi ilə ölkədə təhlükəli heyvan xəstəliklərinin yayılmasının və yoluxma sayının azaldılması nəticəsində bu məqsəd üçün dövlət büdcəsindən ayrılan (ilk növbədə profilaktik peyvəndləmə üçün) vəsaitin azaldılması, ölkə ərazisinin heyvan xəstəliklərindən azad zonaya çevrilməsi, nəticədə heyvandarlıq məhsulları istehsalının artırılması və həmin məhsullar üzrə ixrac potensialının yüksəldilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR