Bank Of Baku

Apple-ın səhmləri yeni məhsulların təqdimatı fonunda ucuzlaşıb

Apple-ın səhmləri yeni məhsulların təqdimatı fonunda ucuzlaşıb
# 10 sentyabr 2026 03:05 (UTC +04:00)

Apple şirkətinin səhmlərinin qiyməti yeni cihazların nümayiş etdirildiyi illik təqdimat tədbiri fonunda “Nasdaq” elektron birjasında aşağı düşüb.

APA xəbər verir ki, ticarət məlumatlarına əsasən, təqdimat başladıqdan sonra Bakı vaxtı ilə saat 00:01-də Apple səhmləri 0,39 faiz ucuzlaşaraq 315 dollara düşüb.

Daha sonra ucuzlaşma sürətlənib və səhmlərin qiyməti lokal minimum olan 311,06 dollara enib. Bu, 1,63 faizlik azalma deməkdir.

Apple-ın ilk qatlanan “iPhone Duo” smartfonunun təqdimatından sonra səhmlərin ucuzlaşma tempi bir qədər zəifləyib və qiymət 313,94 dollar (-0,72 faiz) səviyyəsində olub.

Təqdimat başa çatdıqdan sonra isə Apple səhmləri 1,97 faiz ucuzlaşaraq 310 dollara düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR