Bank Of Baku

Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
# 10 sentyabr 2026 10:46 (UTC +04:00)

Gəncədə yeniyetməni bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N. Cəfərov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

***
09.09.2026, 22:23

Gəncədə 16 yaşlı yeniyetmənin bıçaqlanması hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2010-cu il təvəllüdlü R. Bayramov dünən 22:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Döş qəfəsinin sol tərəfinin daxilə keçən kəsilmiş, deşilmiş yarası və sol bazu nahiyəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir.

R. Bayramovun hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR