Bank Of Baku

Təhsil İdarəsi Aranlı kəndində məktəbdə ayaqyolu olmamasına aydınlıq gətirib - VİDEO - YENİLƏNİB

Təhsil İdarəsi Aranlı kəndində məktəbdə ayaqyolu olmamasına aydınlıq gətirib - VİDEO  - YENİLƏNİB
# 08 yanvar 2023 20:45 (UTC +04:00)

İmişli rayonu Aranlı kənd məktəbinin 3 sanitar qovşağı var.

APA xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsinin açıqlamasında bildirilir.

Qeyd edilib ki, məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq: "Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq".

***

12.31

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yayılan videoya aydınlıq gətirilib.

Mil-Muğan Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, vəziyyətlə maraqlanılıb və hazırda məktəbdə sanitar qovşaq təmir edilir.

"Eyni zamanda yeni məktəb binasının tikilməsi nəzərdə tutulur. Bu il plana salınıb" - deyə qeyd olunub.

Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.

© APA | Aranlı kənd məktəbi

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR