Bank Of Baku

Terrorçuluqla əlaqədar fiziki şəxs və qurumun hansı hallarda ölkədaxili siyahıya daxil ediləcəyi müəyyənləşir

Terrorçuluqla əlaqədar fiziki şəxs və qurumun hansı hallarda ölkədaxili siyahıya daxil ediləcəyi müəyyənləşir
# 30 dekabr 2022 12:08 (UTC +04:00)

Terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə təqdimatın məzmunu müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif olunan yeni - LX fəsildə (Terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsi üzrə icraat) əksini tapıb.

Terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsinin ümumi şərtləri də müəyyənləşir.

Fiziki şəxslər və qurumlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı əsasında məhkəmənin qərarı ilə ölkədaxili siyahıya daxil edilirlər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdimatı Azərbaycan Respublikasının Baş Prokurorluğunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş nəzarət orqanlarının, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya maliyyə monitorinqi orqanının əsaslandırılmış müraciəti, həmçinin xarici dövlətin səlahiyyətli orqanının sorğusu əsasında, habelə öz təşəbbüsü ilə verir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR