Avqustun 13-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu, Bildirçinli kəndi ərazisində avtomat darağının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan APA-ya verilən məlumata əsasən, Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə həmin ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində boş avtomat darağı aşkar olunub. Avtomat darağının ətrafında 100 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Tərtərdə avtomat darağı tapılıb
13 avqust 2019 15:12 (UTC +04:00)
Sosial
Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
18:30
8 may 2024
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirilib
17:29
8 may 2024
FHN tərəfindən Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
16:40
8 may 2024
Zaqatalada baş verən zəhərlənmənin səbəbi məlum olub
16:33
8 may 2024