Agentlik xarici diplomların tanınmasındakı vacib məqamla bağlı çağırış edib

Agentlik xarici diplomların tanınmasındakı vacib məqamla bağlı çağırış edib
# 28 mart 2024 10:22 (UTC +04:00)

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınmasındakı vacib məqamla bağlı çağırış edib.

TKTA-dan APA-ya verilən məlumata görə, yerli akkreditasiyası olmayan ali məktəblərdən əldə olunan kvalifikasiyaların tanınması həyata keçirilmir.

Qeyd edilib ki, “Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR