TKTA: Təhsil tələbə kreditindən yararlanan bir nəfər ödəniş etməkdə gecikir

TKTA: Təhsil tələbə kreditindən yararlanan bir nəfər ödəniş etməkdə gecikir
# 11 dekabr 2023 11:37 (UTC +04:00)

"Bu günə kimi təhsil tələbə kreditindən yararlanan 2000 nəfərdən sadəcə bir nəfər kredit ödənişini etməkdə gecikir".

Bu barədə APA-nın sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, burada gecikmə zamanı digər kreditlər kimi faiz hesablanmır. Sadəcə olaraq davamlı olaraq gecikmə edilirsə, bankların kredit verilməsi arzuolunmaz şəxslər siyahısına düşür. Belə olan halda gələcəkdə digər məqsədlər üçün kredit götürəndə problem yaranır.

Həmçinin qeyd edilib ki, tələbənin kredit ödənişi təhsil müddəti bitdikdən sonra başlayır. Tələbəyə iki il müddətinə rəsmi iş tapa bilməsi üçün güzəşt verilir. Əgər bu müddət ərzində rəsmi iş taparsa, həmin müddətdən geri ödəniş başlayır:

"Bəzən olur ki, tələbə universiteti bitirdikdən sonra rəsmi işə başlayır və bir aydan sonra işdən ayrılır. Bu zaman geri ödəniş prosesi dayanmır, rəsmi işə bir dəfə başlayıbsa, ödəniş davam edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR