Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi nəzdində Plastik cərrahiyyə şöbəsi yaradılır

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi nəzdində Plastik cərrahiyyə şöbəsi yaradılır
# 16 may 2025 14:31 (UTC +04:00)

“Səhiyyə Nazirliyi hazırda Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi nəzdində Plastik cərrahiyyə şöbəsi yaradır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsində səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, həmin şöbədə fəaliyyət göstərmək üçün Təftiş Komissiyasından keçmiş 42 nəfər cəlb ediləcək: “Onlar arasında fəlsəfə doktorları, xaricdə təhsil almış insanlar var. Düşünürəm ki, o şöbə nümunəvi olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR