Bank Of Baku

Tovuzda avtomobil su arxına düşüb, sürücü ölüb - FOTO

Tovuzda avtomobil su arxına düşüb, sürücü ölüb - FOTO
# 18 avqust 2026 08:00 (UTC +04:00)

Tovuzda VAZ-2107 markalı avtomobilin su arxına düşməsi nəticəsində sürücü ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Xatınlı kəndi yaxınlığında baş verib. Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cansız bədəni xüsusi avadanlıqların köməyi ilə çıxarılıb və müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Ölən şəxsin S.Həmzəyev olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları da cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR