Bank Of Baku

“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO

“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO
# 29 iyun 2026 17:00 (UTC +04:00)

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib.

APA xəbər verir ki, konfransda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Türk Akademiyasının prezidenti Şahin Mustafayev və digərləri çıxış edib.

BDU rektoru Elçin Babayev bildirib ki, həftə çərçivəsində keçirilən elmi və mədəni-kütləvi proqramlar türk xalqlarının tarixi, mədəniyyəti və ənənələrinin qorunmasına, eləcə də gələcək əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsinə xidmət edir: “Burada müzakirə olunan məsələlər dövrün elmi problemləri ilə yanaşı, türk xalqlarının gələcək inkişaf konsepsiyasını müəyyənləşdirən fundamental ideyaları əhatə edib".

Mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib ki, hazırda Türk dünyası yeni inkişaf mərhələsindədir: “Görüşlərimiz arasında siyasi əlaqələrin inkişafı, iqtisadi əməkdaşlıq, təhsil, tərəqqi və mədəni mübadilələrin genişləndirilməsi, mədəniyyətin qorunması və zənginləşdirilməsi prosesləri mühüm yer tutur".

Türk Akademiyasının prezidenti Şahin Mustafayev deyib ki, bu qurultay bütün Türk xalqlarının elmi və mədəni inkişafında, Türk xalqları arasında təhsilin və savadlılığın geniş şəkildə yayılmasında dönüş nöqtəsi olub və beləliklə, XX əsr mədəni tariximizdə müstəsna rol oynayıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, türk dilləri zəngin mədəni irsin, tarixi yaddaşın və ortaq dəyərlərin daşıyıcısıdır: “Buna görə də onların qorunması, tədrisinin və gündəlik istifadəsinin genişləndirilməsi mühüm vəzifələrdən biridir".

Qazaxıstan Milli Universitetinin rektoru, professor Janseyit Tuymebayev bildirib ki, artıq sovet dövründə xəyal edilən Türk Birliyi reallaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR