Bank Of Baku

Türkiyədə 1990-cı illərdən qeyri-leqal yaşayan bir qrup azərbaycanlıya sənəd verilib - FOTO

Türkiyədə 1990-cı illərdən qeyri-leqal yaşayan bir qrup azərbaycanlıya sənəd verilib - FOTO
# 23 dekabr 2022 15:25 (UTC +04:00)

İstanbul və digər şəhərlərdə 1990-cı illərdən etibarən qeyri-leqal şəkildə yaşayan azərbaycanlıların bir qrupuna sənədlər verilib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, sənədlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda təqdim olunub.

Azərbaycan Nazirlər Kabinetinin qərarı əsasında aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət yaradılan xüsusi işçi qrup tərəfindən 27 oktyabr - 7 noyabr tarixlərində Türkiyədə Azərbaycan əsilli şəxslərin fərqli sənədləşmə müraciətlərinə baxılaraq, ümumilikdə 2075 şəxs qəbul edilib.

Hazırda 354 şəxsə Azərbaycan Respublikası ümumvətəndaş pasportu təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR