Bank Of Baku

Türkiyəli mütəxəssis: "Psixoloji seanslardan sonra 80 faiz sağalma müşahidə etdik"

Türkiyəli mütəxəssis: "Psixoloji seanslardan sonra 80 faiz sağalma müşahidə etdik"
# 26 avqust 2022 10:24 (UTC +04:00)

"Vətən Müharibəsindən sonra könüllü olaraq 25 psixoloqla birgə Türkiyədən Azərbaycana gəldik"

APA xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında FHN-in dəvəti ilə Türkiyədən dəvət olunmuş psixoloq mütəxəssislərdən ibarət qrupun rəhbəri Selcuq Demirtaş deyib.

O bildirib ki, 7 ay ərzində Bakı ilə yanaşı Bərdə, Gəncə, Lənkəran və Sumqayıtda 2160 qaziyə və şəhid ailəsi üzvlərinə yardım göstərilib:

"Çoxunda travma sonrası stress problemi var idi. Başağrıları, yuxu görmə, yuxudan qəfil ayılma kimi nümunələr var idi. 4500 seans həyata keçirdik. Göstərdiyimiz xidmət sonunda 80 faiz vətəndaşda sağalma müşahidə elədik".

Selcuq Demirtaş qeyd edib ki, bu il yenidən 20 psixoloqla Azərbaycana gəliblər: "Biz təcrübəmizlə Fövqəladə Hallar Nazirliyinin 20 psixoloquna təlimlər keçdik. Hazırda FHN-in psixoloqları birgə xidmət göstərəcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR