Bank Of Baku

Türkiyənin Milli Müdafiə Nazirliyi FHN əməkdaşlarına təşəkkür edib - FOTO

Türkiyənin Milli Müdafiə Nazirliyi FHN əməkdaşlarına təşəkkür edib - FOTO
# 28 iyun 2022 19:46 (UTC +04:00)

Türkiyənin Milli Müdafiə Nazirliyi meşə yanğınlarının söndürülməsində iştirak etmiş Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarına təşəkkür edib.

Bu barədə APA-ya FHN-dən bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə tədbirlərinə cəlb olunub. İyunun 28-də Türkiyənin Muğla bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirak etmiş xarici yanğınsöndürmə qüvvələrinin mükafatlandırılması mərasimi keçirilib. Dalaman Hava Limanında keçirilən mərasimdə iştirak edən Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hava Hazırlığı komandiri general-leytenant Ziya Cemal Kadıoğlu Milli Müdafiə Nazirliyinin rəhbərliyi adından Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsinin heyət üzvlərinə təşəkkürünü bildirib, onlara qiymətli hədiyyələr təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR