Bank Of Baku

Ucarda canavarlar kəndə hücum edib

Ucarda canavarlar kəndə hücum edib
# 12 dekabr 2025 14:36 (UTC +04:00)

Ucarda vəhşi heyvanlar kəndə hücum edib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gündüz saatlarında rayonun Alpout kəndində baş verib. Kənd sakini Şamil Hüseynovun fərdi təsərrüfatına sürü halında hücum edən canavarlar 6 baş qoyunu parçalayıb. Ev sahibinin dediyinə görə, ona təxminən 2500 manat maddi ziyan dəyib.

Sakinlər bu cür halların son vaxtlar tez-tez baş verdiyini, qarşısını ala bilmədiklərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR