Bank Of Baku

UNEC-də təhsil almaq istəyən əcnəbilər üçün sənəd qəbuluna start verilib

UNEC-də təhsil almaq istəyən əcnəbilər üçün sənəd qəbuluna start verilib
# 11 yanvar 2024 12:53 (UTC +04:00)

UNEC-də 2023/2024-cü tədris ilinin yaz semestrindən bakalavriatura, magistratura və doktorantura pillələri üzrə əcnəbilərin qəbuluna start verilib.

APA UNEC-ə istinadən xəbər verir ki, sənədlərin qəbulu yanvarın 31-dək elektron formada aparılır. Dərslər fevralın 16-dan başlayacaq.

Əcnəbilər ixtisaslardan asılı olaraq, azərbaycan, türk, ingilis və rus dillərində təhsil ala bilərlər.

Namizədlər portal.edu.az internet səhifəsi vasitəsilə müraciət etməlidirlər.

Əlaqə və suallar üçün: [email protected]

Tel.: 492-60-45

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR