Bank Of Baku

UNEC-in gənc tədqiqatçısı doktorantura üzrə Dövlət Proqramının qalibi olub

UNEC-in gənc tədqiqatçısı doktorantura üzrə Dövlət Proqramının qalibi olub
# 14 dekabr 2023 12:06 (UTC +04:00)

UNEC-in Əziz Sancar adına Qida Təhlükəsizliyi Laboratoriyasının laborant-tədqiqatçısı, biotexnoloq Sona Hacıyeva “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qalibi olub.

Bu barədə APA-ya UNEC-dən bildirilib.

Qeyd edilib ki, Sona Hacıyeva doktorantura layihəsinin təqdimatından yüksək bal (78) toplayaraq, İtaliyanın nüfuzlu Bolonya Universitetinin “Qida elmləri və qida texnologiyaları" ixtisasının doktorantura proqramına qəbul olub.

O, Dövlət Proqramı ilə 3 il müddətində doktorantura təhsilini İtaliyanın Bolonya Universitetində davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR