Bank Of Baku

ÜST: Türkiyə və Suriyada zəlzələ bölgəsində çalışan səhiyyə işçiləri fədakardır

Tedros Adhanom Qebreyesus

© APA | Tedros Adhanom Qebreyesus

# 04 mart 2023 10:59 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonrakı proses barədə fikirlərini bölüşüb.

APA “Habertürk”ə istinadən xəbər verir ki, baş direktor Türkiyə və Suriyada Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş bölgələri ziyarət etdikdən sonra dağıntılardan təsirləndiyini bildirib.

O, Türkiyədə ağır fəlakətdən sonra axtarış-xilasetmə işlərinin, həmçinin zəlzələ bölgəsindən əhalinin təxliyə edilməsinin yüksək səviyyədə həyata keçirildiyini qeyd edib.

Suriyada yaşayan insanların üzləşdiyi risklərin Türkiyədəkindən daha yüksək olduğuna diqqət çəkən Qebreyesus hər iki tərəfin tibb işçilərinin eyni çətinliklərlə üzləşdiyini, Suriyadakıların isə daha az resurslara sahib olduğunu ifadə edib.

“Zəlzələdən əvvəl də Suriyada əhalinin 90 faizi yoxsulluq içində yaşayırdı. İndiyə qədər Suriyanın şimal-qərbindəki səhiyyə müəssisələrinə ümumilikdə 200 tondan çox mal təslim etmişik”, – baş direktor əlavə edib.

Həm Türkiyədə, həm də Suriyada səhiyyə işçilərinin fədakar əməyindən heyran qaldığını ifadə edən Qebreyesus beynəlxalq ictimaiyyətə zəlzələdən zərər çəkən Türkiyə və Suriyaya yardım üçün çağırış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR