Bank Of Baku

Vilayət Eyvazov Gədəbəydə qəbul keçirəcək

Vilayət Eyvazov Gədəbəydə qəbul keçirəcək
# 07 yanvar 2024 10:05 (UTC +04:00)

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən yanvarın 17-də Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında Ağstafa, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy və Şəmkir şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 16.01.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR