“1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 5-18 yaşlı 347 uşağa xidmət göstərilir”.
APA-nın məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, onlardan 126-sı qız, 222-i oğlan uşaqlarıdır: “Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində ahıl şəxslərə xidmət göstərilir, onlardan 115-i qadın, 109-u kişidir”.