Bank Of Baku

Vüqar Süleymanov: Minalar bərpa-quruculuq işlərinə də təhlükə törədir

Vüqar Süleymanov: Minalar bərpa-quruculuq işlərinə də təhlükə törədir
# 06 dekabr 2023 11:27 (UTC +04:00)

“Minalarla çirklənmiş ərazilərin yalnız insanların həyatına deyil, eləcə də onların sağlamlığına, həyata keçirilən bərpa-quruculuq işlərinə və ətraf mühitə də təhlükə törətməsi dərin təəssüf hissi yaradır”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumunda deyib.

ANAMA sədri bildirib ki, minaların insanların həyatı və sağlamlığına yaratdığı real təhlükəni gündəlik fəaliyyətdə də hiss etməkdədirlər: “Ümumilikdə 10 noyabr 2020-ci il tarixindən bu günə kimi 338 nəfər mina və müharibənin digər partlayıcı qalıqlarının qurbanı olmuş, onlardan 65 nəfər həyatını itirmiş, 273 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır”.

Vüqar Süleymanov qeyd edib ki, ölkəmizin üzləşdiyi bu təhlükənin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında dövlət və vətəndaş cəmiyyəti qurumlarının birgə fəaliyyəti olduqca vacibdir: “Qeyri-hökumət təşkilatlarının həm minatəmizləmədə, həm maarifləndirmə tədbirlərinin həyata keçirilməsində, həm də minadan zərər çəkənlərin sosial-humanitar proqramlara cəlb edilməsi istiqamətində fəaliyyətini təqdirələyiq hesab edirik. Qeyri-hökumət təşkilatlarının mina təhlükəsi ilə mübarizə istiqamətində beynəlxalq seqmentdə yayımladığı bəyanatlar, çoxsaylı çağırışlar, bu istiqamətdə layihələrin icrası olduqca önəmlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR