Bank Of Baku

Xaçmazda sosial təminatı aşağı olan çoxuşaqlı ailə üçün ev tikilib - VİDEO

Xaçmazda sosial təminatı aşağı olan çoxuşaqlı ailə üçün ev tikilib - VİDEO
# 30 dekabr 2022 11:41 (UTC +04:00)

Xaçmazın Yergüc kəndində sosial təminatı aşağı olan çoxuşaqlı ailə evlə təmin edilib.

APA xəbər verir ki, evin açarı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Rəhimovlar ailəsinə təqdim olunub.

Ev yerli sahibkar Cavid Balaqadaşov tərəfindən inşa etdirilib.

Rəhimovlar ailəsi ana və altı uşaqdan ibarətdir. Uşaqlardan ən kiçiyinin dörd yaşı var. Ailə başçısı avtomobil qəzasında dünyasını dəyişdiyindən Rəhimovlar bu günə kimi çətin sosial vəziyyətdə yaşayıblar.

Sahibkar Cavid Balaqadaşov evin ailəyə təqdim olunması mərasimində bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılıb.

Bu gün ölkə iqtisadiyyatında sahibkarların rolunun artırılmasına xüsusi diqqət yetirilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası ölkəmizin davamlı inkişafına, xüsusilə də sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə əlverişli şərait yaradıb.

Sahibkarlar da öz növbəsində onlara yaradılan şəraitdən bəhrələnərək bizneslərini genişləndirir, eyni zamanda sosial təminatı aşağı olan vətəndaşlarımıza dəstək aksiyalarında fəal iştirak edirlər.

İkiqat bayram sevincini yaşayan Aygün Rəhimova xeyirxah təşəbbüsə görə minnətdarlığını ifadə edib.

Rəhimovlar ailəsi üçün tikilən ev 4 otaq və mətbəxdən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR