Bank Of Baku

Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən BQXK-nın maşınları və təcili tibbi yardım avtomobilləri maneəsiz hərəkət edib

Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən BQXK-nın maşınları və təcili tibbi yardım avtomobilləri maneəsiz hərəkət edib
# 20 dekabr 2022 11:03 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA xəbər verir ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin iki maşını və iki təcili tibbi yardım avtomobilinin Laçından Xankəndi istiqamətinə növbəti keçid baş tutub.

Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemləri olmadığını bir daha nümayiş etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR