Bank Of Baku

Xankəndi, Xocalı və Əsgəranda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri fəaliyyət göstərəcək - YENİLƏNİB

Xankəndi, Xocalı və Əsgəranda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri fəaliyyət göstərəcək - YENİLƏNİB
# 21 dekabr 2023 11:49 (UTC +04:00)

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işğaldan azad olunmuş ərazilərdə hansı rayonlarda ofislərinin fəaliyyətə başlayacağı məlum olub.

APA xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud infrastruktur dəyərləndirildikdən sonra Xankəndi, Xocalı və Əsgəranda cəmiyyətə məxsus ofislərin fəaliyyətə başlaması gözlənilir: "Yəqin ki, məsələnin ətraflı müzakirəsi gələn il olacaq".

***

10:42

İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri fəaliyyət göstərəcək.

APA xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev Cəmiyyətin növbədənkənar XXVI Baş Məclisində hesabat məruzəsi ilə çıxışında deyib.

"Belə ki, "Böyük Qayıdış" layihəsi çərçivəsində AzQAC-ın 3 şəhərdə ofis inşa etməsi gözlənilir", - o bildirib.

İcraçı katib antiterror tədbirlərindən sonra AzQAC tərəfindən humanitar siyasətin parçası olaraq, Qarabağ iqtisadi rayonunda yaşayan əhaliyə yardım edilməsi məsələsini də xüsusilə vurğulayıb:

"Bu fəaliyyət çərçivəsində 40 ton un əraziyə göndərilib və lazımi məntəqələrə çatdırılıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR