Bank Of Baku

“Akademik Mirəsədulla Mirqasımov haqqında xatirələr kitabı” çap edilib

“Akademik Mirəsədulla Mirqasımov haqqında xatirələr kitabı” çap edilib
# 14 dekabr 2013 15:54 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. AMEA-nın Mərkəzi Elmi Kitabxanası akademiyanın ilk prezidenti Mirəsədulla Mirqasımova həsr olunan “Akademik Mirəsədulla Mirqasımov haqqında xatirələr kitabı”nı çap edib. APA-nın məlumatına görə, layihənin rəhbəri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, nəşrin elmi redaktoru akademik Əhliman Əmiraslanov, tərtibçi müəllifi isə filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.

 

Kitabda akademik haqqında xatirələrə yer ayrılıb, alimin elmi-pedaqoji fəaliyyətini əks etdirən biblioqrafiyası əks olunub.

 

Nəşrdə akademik haqqında Azərbaycan və rus dillərində yazılan materiallar və ailəsinin təqdim etdiyi fotoşəkillər yer alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR