Bank Of Baku

“ASAN” Səyyar xidmət Cəlilabadda fəaliyyətə başlayıb - FOTO

“ASAN” Səyyar xidmət Cəlilabadda fəaliyyətə başlayıb - <span style="color: red;">FOTO
# 26 sentyabr 2013 09:56 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.

 

“ASAN xidmət”dən APA-ya verilən məlumata görə, artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda  Astara, Qəbələ rayonunda  Qəbələ, Kürdəmir rayonunda Kürdəmir, Ağcabədi rayonunda Ağcabədi və Ağdam , Lənkəran  şəhərində isə Lənkəran və Lerik, Yevlax rayonunda isə Mingəçevir və Yevlax rayonlarının sakinlərinə Səyyar “ ASAN  Xidmət” göstərilib.

 

Cari ilin 25 sentyabr – 9 oktyabr tarixlərində Cəlilabad və Biləsuvar  rayonlarının ümumi sayı 300000-dən çox olan sakinləri Səyyar “ASAN  Xidmət”dən Cəlilabad  rayonunda  yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

 

Xatırladaq ki, Səyyar “ASAN Xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

İndiyədək Səyyar “ASAN Xidmət” çərçivəsində  13 məntəqədə 24  rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar “ASAN Xidmət” in göstərilməsi planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR