Bakı. Könül Kamilqızı – APA. Yaxın vaxtlarda 2 saylı “ASAN Xidmət Mərkəzi” fəaliyyətə başlayacaq. APA-nın Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin saytına istinadən verdiyi məlumata görə, artıq 1 saylı Bakı “ASAN Xidmət Mərkəzi” yanvar ayından fəaliyyət göstərir. Pilot layihə kimi 1 saylı Bakı “ASAN Xidmət Mərkəzi” Nərimanov və Nəsimi rayonlarının sakinlərinə xidmət edir. Müraciətlər birbaşa aidiyyəti dövlət orqanlarının nümayəndələri tərəfindən qəbul olunur.
Onlayn növbə sistemi isə yanvar ayının 15-dən etibarən istifadəyə veriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi internet saytı (www.asan.gov.az) fəaliyyətə başlayıb.