Bank Of Baku

“Azərbaycan Respublikasının Qırmızı kitabı”nın ikinci nəşrinin ilkin variantının ictimai müzakirəsi keçirilib - FOTOSESSİYA

“Azərbaycan Respublikasının Qırmızı kitabı”nın ikinci nəşrinin ilkin variantının ictimai müzakirəsi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 19 fevral 2013 09:53 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva - APA. “Azərbaycan Respublikasının Qırmızı kitabı”nın ikinci nəşrinin ilkin variantının ictimai müzakirəsi keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, “Qırmızı kitab”ın ilk nəşri 1989-cu ildə çap olunub. Yeni nəşr isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tətbiq etdiyi cərimələrdən toplanan vəsaitlərin və bir neçə beynəlxalq təşkilatın vəsaiti hesabına hazırlanıb.

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun direktoru Validə Əlizadə bildirib ki, Azərbaycanda son 20 il ərzində florada bir çox dəyişiklər olub: “Bu müddət ərzində ETSN tərəfindən çox bitkilər qorunub, bəzi bitkilərin qorunması ilə bağlı vəziyyət yaxşılaşıb. Lakin bəzi bitkilər itib. Buna görə də yeni monitorinqlərə ehtiyac var. Hər 10 ildə “Qırmızı kitab”ın yeni siyahısı tərtib olunmalıdır”. O deyib ki, “Qırmızı kitab”ın ilk nəşrinə flora üzrə 140 növ bitki növü daxil olub. Hazırda yeni nəşrdə onların sayı 300-dür. Onların 20-si ibtidai bitkilər, 14-ü göbələklər, 266-sı ali bitkilərdir. Birinci nəşrdə beynəlxalq səviyyədə qiymətləndirmə aparılmayıb.

 

AMEA Zoologiya İnstitutunun direktoru İlham Ələkbərov isə bildirib ki, 1989-cu ildə nəşr olunan birinci nəşrə 108 növ heyvan, ikinci nəşrə isə nadir və nəsli kəsilməkdə olan 206 növ heyvan daxil edilib. Onların 75 növü həşəratlar, 9 növü balıqlar, 14 növü sürünənlər, 62 növü quşlar, 32 növü məməlilərdir.

 

Vəhşi Təbiət Fondunun nümayəndəsi Elşad Əsgərov bildirib ki, “Qırmızı kitab”ın yeni nəşrinə məməlilərin 40 faizinin daxil edilməsi bir az narahat doğuran haldır. O, nəşrə daxil edilən bəzi növlərə yenidən baxılmasını da təklif edib.

 

Nazir H.Bağırov isə qeyd edib ki, hazırlanan yeni nəşr hələ son variant deyil: “Ola bilsin ki, müzakirələr nəticəsində hansısa növ bura daxil edilsin. Hesab edirəm ki, artıq təhlükədən sovuşan növləri “Qırmızı kitab”dan çıxarmaq lazım deyil. Bu zaman onların müdafiəsi hüquqi baxımdan zəifləyir”. Nazir kitabın hazırlanması ilə bağlı iradını da səsləndirib. O, Azərbaycanın “Qırmızı kitabı”na daxil edilən bütün növ bitkilərin yenidən şəklinin çəkilməsini vacib hesab edib: “Bu şəkilləri internetdən götürmək lazım deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR