Bank Of Baku

“Azərbaycanda vətəndaş hüquqlarının təminatı istiqamətində hüquq islahatları” mövzusunda dəyirmi masa keçirilib - FOTOSESSİYA

“Azərbaycanda vətəndaş hüquqlarının təminatı istiqamətində hüquq islahatları” mövzusunda dəyirmi masa keçirilib   - <span style="color: red;">FOTOSESSİYA
# 13 dekabr 2012 13:20 (UTC +04:00)

 

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ABŞ İnkişaf Agentliyi (USAİD) ilə Əməkdaşlıq Razılaşmasına əsasən bu il icrasına başladığı “Azərbaycan Hüquqlar Konsorsiumu” layihəsi ilə əlaqədar “Azərbaycanda vətəndaş hüquqlarının təminatı istiqamətində hüquq islahatları” mövzusunda dəyirmi masa keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AHK-nın sədri Əli Hüseynli bildirib ki, bu Konsorsiumun üzvləri Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (VƏHML) və Konstitusiya Araşdırmaları Fondudur: “Layihənin məqsədi hüququn aliliyini, vətəndaşların hüquqlarını və maraqlarını daha yaxşı müdafiəsini təmin etməkdən ötrü hüquqi maarifləndirmə və vətəndaş cəmiyyətinin təsirliliyinin artırılmasıdır. Bugünkü görüşün keçirilməsində əsas məqsəd insan hüquqları məsələləri üzrə hökumət rəsmiləri ilə konstruktiv ictimai dialoqlarda vətəndaş iştirakını gücləndirmək üçün yerli QHT-lərin imkanlarının artırılması və insan hüquqlarının təmin edilməsi sahəsində hüquq islahatlarının inkişafı ilə bağlı hökumət tərəfindən qəbul olunması üçün tövsiyələrin hazırlanması üçün dialoq platformasının yaradılmasıdır”.

 

“USAİD-Azərbaycan”ın Demokratiya və İdarəçilik Ofisinin direktoru Ronald Qlas isə bildirib ki, ABŞ Azərbaycanın insan hüquqlarına göstərdiyi qayğını yüksək qiymətləndirdiyini bildirib: “İnsan hüquqlarının qorunması çərçivəsində hökumətlə görüşlərimiz müsbət və açıq şəkildə keçir. Bəzən fikirlərə müxalif çıxanlar olur. Məhz bu cür tədbirlərdə onların bir araya gəlməsi vacibdir. ABŞ hesab edir ki, Azərbaycan insan hüquqları sahəsində doğru addımlar atır”.

 

Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi, AHK İdarə Heyətinin üzvü Ceyhun Qaracayev isə çıxışında bu cür tədbirlərin keçirilməsinin vacib olduğunu deyib: “Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə birlikdə bir neçə layihələrin müzakirə olunmasını nəzərdə tuturuq. Hələ ki konfederasiya gənc bir təşkilatdır. Hesab edirəm ki, növbəti layihələrimiz daha uğurlu olacaq”.

 

Vəkil Aslan İsmayılov isə çıxışında Vəkillər Kollegiyası ilə bağlı sərt danışıb: “4 ildə bir keçirilməsi nəzərə tutulan Vəkillər Kollegiyası 10 ildən bir gizlin keçirilir. Belə olan halda niyə bir-birimizi aldadırıq?”

 

O, həmçinin fəaliyyəti dayandırılmış ABU-nun rektoru Elşad Abdullayevin hakim Ağababa Babayevlə söhbətinin videoyazısını yaymasına da toxunub və bunun qəbuledilməz olduğunu, məhkəmə hakimiyyətinin vəziyyətini göstərdiyini bildirib: “Gələcəkdə bizə lənət oxuyacaqlar ki, siz yaşadığınız dövrdə Ağababa Babayev kimi hakim olub. Bu hakim kimisə qanunsuz tutmasına yox, alınan rüşvətdən ona pul çatmamasına heyfsilənir”.

 

Azərbaycandakı qeyri-hökumət təşkilatlarını da ciddi tənqid edən vəkil “Azərbaycan qanunvericiliyi bu gün kifayət qədər icra olunsa, Avropa ölkələrindən geri qalmaz. Amma icra olunmur. Mən bunu tam məsuliyyətimlə deyirəm. Biz özümüzü bilməməzliyə vururuq. Mən anlayıram ki, sizə problem yaradıram. Sizdən üzr istəyirəm. Uman yerdən küsərlər. Sizlər bu məmləkəti sevən insan hesab etdiyim üçün gəlmişəm” deyə bildirib.

 

Ə.Hüseynli isə A.İsmayılova deyib ki, onun fikirləri heç kimə problem yaratmır: “Siz səhv edirsiniz. Burada hər kəsin çıxış etmək hüququ var”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR