Bank Of Baku

“Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın neft sonrası iqtisadiyyatı” mövzusunda Bakı Gələcək Forumu keçirilir - APA TV

“Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın neft sonrası iqtisadiyyatı” mövzusunda Bakı Gələcək Forumu keçirilir - <span style="color: red;">APA TV
# 03 iyun 2013 08:59 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan Futuroloq Cəmiyyətinin rəhbəri Reyhan Hüseynova bildirib ki, forumun keçirilməsində əsas məqsəd dünya iqtisadiyyatına inteqrasiyanın təmin olunmasıdır.  O qeyd edib ki, forumun müsbət nəticələri davamlı inkişafa şərait yaradacaq və konkret nəticələrə gətirib çıxaracaq.

 

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abasov çıxışında bildirib ki, Azərbaycan son illərdə karbohidrogen ehtiyatları sayəsində öz iqtisadiyyatını xeyli inkişaf etdirib: “Azərbaycan öz neft ehtiyatlarına görə dünyada 19-cu, istehsalına görə isə 29-cu ölkədir və onun əldə etdiyi nailiyyətlər barədə bütün dünya məlumatlıdır. Azərbaycanın hazırda əsas məqsədi neftdən sonrakı inkişafın təməlini qoymaq, gələcək inkişafı təmin edəcək neftsiz iqtisadiyyatı irəliyə aparmaqdır. Bununla bağlı  özəl sektor, aqrar sektora geniş imkanlar yaradılır. Məqsəd qeyri-neft sektorunun iki dəfə, İKT sektorunun 4 dəfə genişləndirilməsidir. Hazırda Azərbaycanın İKT-dən illik gəliri 2 milyard təşkil edir ki, 2020-ci ildə bunun həcminin 8,5-9 milyarda qaldırılması planlaşdırılır. Gələcək 8-10 ildə nanotexnologiyaların inkişafı da əsas məqsədlərdən biridir”.

 

Daha sonra çıxış edən Azərbaycan Prezident Administrasiyanın Siyasi təhlil və informasiya təminatı şöbənin müdiri Elnur Aslanov bəyan edib ki, son illərdə Azərbaycan mühüm tədbirlərin keçirildiyi arenaya çevrilib: “Azərbaycan unikal yerlərdən biridir. Müxtəlif mədəniyyətlər, dinlər, sivilizasiyalar Şərqlə Qərbin kəsişdiyi yerdə birgə yaşayırlar. Azərbaycan həm müsəlman, həm də Avropa təşkilatların üzvü olaraq hər iki sivilizasiyaların ənənələrini qəbul edib. Azərbaycanda bir çox nəsillər tolerantlıq və dostluq ruhunda böyüyüblər. Tolerantlıq bizim üçün həyat tərzidir. Siz burada şahid ola bilərsiniz ki, məscidlər, kilsələr, sinaqoqlar heç bir maneəsiz fəaliyyət göstərə bilərlər. Azərbaycan eyni zamanda öz neft və qaz ehtiyatları ilə də dünyada məşhurdur. Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri ilə yanaşı, Bakı-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır”.

 

PA-nın şöbə müdiri Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə bağlı fikirlərini də açıqlayıb: “Bu ilin aprelində BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağla bağlı ilk qətnamənin qəbulundan 20 il ötür, lakin Ermənistan nə bu, nə sonradan qəbul olunan 3 qətnaməni yerinə yetirməyib. Azərbaycanın əsas strategiyası ondan ibarətdir ki, işğal olunmuş ərazilər geri qaytarılsın, məcburi köçkünlər öz evlərinə dönsün, uzunmüddətli sülh bərqərar olsun”.

 

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, Azərbaycan artıq dünyada sürətlə inkişaf edən ölkələrin siyahısına qoşulub. Rəhbərlik etdiyi qurumun ötən illər ərzində əldə etdiyi uğurlardan danışan H. Bağırov deyib ki, əsas uğur meşələrin qırılmasının qarşısının alması olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR