Bank Of Baku

“Azercell” Rafael və Coşqunun qadın paltarında çəkildiyi reklamın yayımını dayandırıb

“Azercell” Rafael və Coşqunun qadın paltarında çəkildiyi reklamın yayımını dayandırıb
# 08 yanvar 2013 15:33 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafanın “Azercell” şirkətinin reklam çarxına qadın geyimində çəkilən “Bu şəhərdə” aktyorlarına tutduğu irad və bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciətlə əlaqədar deputata rəsmi məktub ünvanlanıb. Bu barədə APA-a F.Mustafa özü məlumat verib.

 

Deputat qeyd edib ki, 10 dekabr 2012-ci il tarixdə “Azercell” reklamı ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Başçısına ünvanladığı müraciətə “Reklam və İnformasiya İdarəsinin rəis əvəzi Əli Əsgərovun imzası ilə 29 dekabr 2012-ci il tarixdə cavab məktubu gəlib. Məktubda bildirilir: “İlk olaraq bildiririk ki, məsələ ilə bağlı tərəfimizdən müvafiq araşdırma aparılıb və həmin araşdırmanın nəticəsində müəyyən olunub ki, AR qanunlarında qadın geyimi geymiş kişi cinsinə mənsub aktyorların gülümsəyərək hər hansı şirkətin təbliğatının həyata keçirilmələrinə dair qadağa nəzərdə tutulmayıb. “Azercell” şirkətinin reklamında xəcalət çəkiləsi elementlər, əhalinin psixoloji sarsıntısı və əhalinin mənəvi mühitinin korlanması üçün zəmin mövcud olmayıb. Məlumat üçün bildiririk ki, yuxarıda qeyd olunan reklamların yayımı reklam sifarişçilərinin təşəbbüsünə əsasən dayandırılıb və həmin reklamlar artıq reklam daşıyıcılarında yayımlanıb”.

 

Deputat məktuba münasibət bildirərək deyib ki, məktubu bu gün alıb: “Bütün hallarda bu yanlış addımdan çəkinən bütün şəxslərə təşəkkürümü bildirirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR