Bank Of Baku

“Beynəlxalq Parlament Təqaüd Proqramı”nda növbəti dəfə Azərbaycan tələbələrinə beş yer ayrılıb

“Beynəlxalq Parlament Təqaüd Proqramı”nda növbəti dəfə Azərbaycan tələbələrinə beş yer ayrılıb
# 03 iyun 2013 08:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2014-cü il üzrə “Beynəlxalq Parlament Təqaüd Proqramı”nda növbəti dəfə Azərbaycan tələbələrinə beş yer ayrılıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, proqram 2014-cü il 1 mart -31 iyul tarixlərində həyata keçiriləcək. Proqramda ali təhsilli, alman dilini yaxşı bilən, təqaüd başlayan zaman yaşı 30 qədər olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Ərizələr 30 iyun tarixinə qədər Almaniyanın Bakıdakı Səfirliyinə təqdim olunmalıdır. Bu il sənədlər ilk dəfə olaraq yalnız elektron formada [email protected] elektron ünvanına göndərilməlidir. Ətraflı məlumatı http://www.bundestag.de/bundestag/europa_internationales/internat_austausch/ips/index.jsp internet ünvanından almaq mümkündür.

Qeyd edək ki, 2008-ci ildən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun təşəbbüsü ilə başlayan və Almaniya Bundestaqı prezidenti Norbert Lammertin himayəsi altında həyata keçirilən "Beynəlxalq Parlament Təqaüd Proqramı”nda (İPS) hər il Azərbaycandan beş tələbə iştirak edir. Bu proqram dünyanın gənc adamlarına parlament sistemi ilə nəzəriyyə və təcrübə çərçivəsində tanış olma imkanı yaradır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR