Bank Of Baku

“Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib

“Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib
# 20 iyun 2013 10:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Prezident yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramına həsr olunan “Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.

 

APA-nın xəbərinə görə, konfransı Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov açaraq, artıq Azərbaycanda çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edib.

 

U.Ələkbərov dövlət qulluğu sahəsində aparılan islahatların uğurlu nəticəsindən, “Dövlət qulluğu haqqında” qanunun qəbul edilməsi il ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasını əhəmiyyəti barədə danışıb.

 

Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının sədri Bəhram Xəlilov isə dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan danışıb. O vurğulayıb ki, rəhbərlik etdiyi komissiyanın əsas məqsədləri dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi və digər məsələlərin həyata keçirilməsini təmin etməkdən ibarətdir. B.Xəlilov çıxışının sonunda konfrans iştirakçılarının bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəklərini açıqlayıb.

 

Qeyd edək ki, Azərbaycanda 23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR