Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu elan etdiyi “Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi”nə sənədlərin qəbulu bitib. Fondun icraçı direksiyasından APA-ya verilən xəbərə görə, “Gәnc alim vә mütәxәssislәrin 2-ci qrant müsabiqәsi”nin maliyyәlәşdirilmәsi üçün 500 000 manat nәzәrdә tutulub.
Müsabiqәdә 35 yaşa qәdәr olan (layihә tәqdim olunan gün) gәnc alim vә mütәxәssislәr iştirak edә bilәrlәr. Әgәr iddiaçı hazırda Elmin İnkişafı Fondunun müsabiqәlәrinin qalibi olmuş layihәlәrdә iştirak edirsә (hәm rәhbәr, hәm dә icraçı qismindә), onun cari müsabiqәdә iştirakına yol verilmir.
Müsabiqәnin nәticәlәri 2013-cü ilin sentyabr ayında açıqlanacaq.