Bank Of Baku

“Heydər Əliyev və Azərbaycan folkloru” mövzusunda konfrans keçirilib - FOTOSESSİYA

“Heydər Əliyev və Azərbaycan folkloru” mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 03 aprel 2013 12:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan folkloru” mövzusunda elmi praktik konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi,  Azərbaycan Aşıqlar Birliyi və M.F.Axundov adına Milli Kitabxana birgə təşkilatçılığı ilə baş tutub.

 

M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, bu tədbir Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan silsilə tədbirlərin ilkidir. Onun sözlərinə görə, kitabxananın və ümumən Azərbaycan folklorunun inkişafında Heydər Əliyevin əvəzsiz rolu olub: “Kitabxanada baş verən yeniliklər və inkişaf bilavasitə Heydər Əliyevin kitaba və folklora olan qayğısının nəticəsidir”.

 

Azərbaycan Aşıqlar Birliyi, xalq şairi Zəlimxan Yaqub isə Heydər Əliyevin Azərbaycan folkloruna göstərdiyi qayğıdan, ümumən mədəniyyət sahəsinə ayırdığı diqqətdən danışıb. Onun sözlərinə görə, Heydər Əliyevin Azərbaycan mədəniyyəti, folkloru, tarixi və digər sahələri üçün gördüyü işlər bir tarix və xatirədir.

 

Qonaqlar Azərbaycan folklorunun zənginliyindən, folklorun qədim tarixindən bəhs ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR