Bank Of Baku

“İctimai İştirakçılıq haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - FOTOSESSİYA

“İctimai İştirakçılıq haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 02 aprel 2013 07:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ilə əməkdaşlıq şəraitində “İctimai iştirakçılıq haqqında” qanun layihəsinə həsr olunmuş ictimai müzakirə keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, SEDA-nın ölkə üzrə direktoru Timoti Mediqan, Avropa Birliyinin Azərbaycandakı səfiri Roland Kobia,  Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin Avrasiya üzrə vitse-prezidenti Natalia Bourjaily, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyin (USAID) nümayəndəsi və başqaları çıxış edib.

 

Konfransı giriş sözü ilə açan Ə. Hüseynli deyib ki, tədbirin keçirilməsində məqsəd qanun layihəsinin son variantını milli və beynəlxalq vətəndaş cəmiyyətinə təqdim etməklə aidiyyəti qurumların fikirlərini öyrənməkdən ibarətdir: “Qanun layihəsi vətəndaşlarla məsləhətləşmələr aparmaq üçün Azərbaycan hökumətinə ictimai şura , ictimai müzakirələr, ictimai dinləmələr, ictimai rəyin öyrənilməsi və ictimai ekspertiza kimi vasitələrdən istifadə etmək imkanı yaradır”.

 

A. Quliyev isə qanun layihəsinin Azərbaycanda dövlət idarəçiliyini təkmilləşdirə biləcək bir akt olduğunu söyləyib.

 

Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin Avrasiya üzrə vitse-prezidenti Natalia Bourjaily qanun layihəsinə dair tövsiyələrinin təqdimatını keçirib.

 

Tədbir müzakirələrlə davam etdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR