Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihə barədə məlumat komitə sədri Ziyad Səmədzadə bildirib ki, sənəd 7-8 aydır komitədə müzakirə olunur və son variantla ilk variant arasında xeyli fərq var.
Onun sözlərinə görə, sənəd təkmilləşdirilib: “Bu, ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir”. Layihə parlamentin plenar iclasına tövsiyə olunub.