Bank Of Baku

“Quş qripi” ilə bağlı ölkə ərazisində aparılan növbəti monitorinqin nəticəsi açıqlanıb

“Quş qripi” ilə bağlı ölkə ərazisində aparılan növbəti monitorinqin nəticəsi açıqlanıb
# 07 iyun 2013 13:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) mayın 27-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində aparılan növbəti monitorinqin nəticəsini açıqlayıb.

 

DBX-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 19 baş çöl quşunun patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 916 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Müayinə olunmuş nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

 

DBX cari ildə aparılan monitorinqlərin nəticələrini, köçəri, sinantrop və ev quşları arasında quş qripi xəstəliyinin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin payız fəslində aparılmasını nəzərdə tutur.

 

Qeyd olunub ki, hazırda quş qripi xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün DBX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR