Bank Of Baku

“Xıllı Nərə” balıqartırma zavodu ötən il Xəzərə 2 milyondan çox nərə cinsli balıq körpələri buraxıb - FOTO

“Xıllı Nərə” balıqartırma zavodu ötən il Xəzərə 2 milyondan çox nərə cinsli balıq körpələri buraxıb   - <span style="color: red;">FOTO
# 10 yanvar 2013 11:34 (UTC +04:00)

 

Neftçala. Əlibәy Zeynallı - APA. Neftçala rayonu ərazisində yerləşən “Xıllı Nərə” balıqartırma zavodu 2012-ci ildə 2 milyondan çox nərə cinsli balıq körpələrini Xəzər dənizinə buraxıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna zavodun baş mütəxəssisi Cabbar Həşimov məlumat verib.

 

Onun dediyinə görə, 2012-ci ildə 2 milyondan çox nərə cinsli balıq körpələri (1,0-1,2 mq) yetişdirilərək Kür çayının mənsəbinə buraxılıb. Yetişdirmə prosesi zamanı əvvəlcə alınmış sürfələr dairəvi hovuzlar sexində diametri 2 metr olan 252 sayda plastik hovuzlara yerləşdirilir. Sürfələr şərti körpə çəkisinə (100-150 mq) çatdıqdan sonra diametri 4 metr olan 196 ədəd dəmir-beton hovuzlara köçürülür.

 

Bundan başqa, zavodda vaxtaşırı təmir-törədici fondda törədicilərin sayını artırmaq məqsədilə süni yolla yetişdirilmiş balıqlar seçilərək fonda əlavə olunur. Müxtəlif növ və yaş qrupuna aid olan bu balıqların çəkisi 100 qr-7 kq arasında dəyişir.

 

Baş mütəxəssis bildirib ki, son zamanlar törədici qıtlığı ilə problemi yaranıb. Problemi aradan qaldırmaq üçün özəl sektorla müqavilələr imzalanır. Bu problem bütün Xəzəryanı dövlətlərdə mövcuddur.

 

Qeyd edək ki, “Xıllı Nərə” balıqartırma zavodu Dünya Bankı tərəfindən maliyyələşdirilən "təxirəsalınmaz ekoloji investisiyalar" layihəsi çərçivəsində nərəkimilərin ehtiyatlarının qorunub saxlanılması məqsədilə 2003-cü ildə istifadəyə verilib. Zavodun istehsal gücü ildə 15 mln. nərə balığı körpəsi təşkil edir. Bu günə kimi zavod Xəzər dənizinə 45 milyon ədəd nərə cinsli körpə buraxıb. Zavodda balıqların yetişdirilməsi üçün bütün müasir avadanlıqlar, süni mayalanma üçün lazım olan vasitələr mövcuddur. Hazırda zavod Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir.

 

Xatırladaq ki, Xəzər dənizi dünyada nərə balıq ehtiyatlarının 80%-nə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR