Bank Of Baku

«Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması» layihəsi üzrə yekun konfrans keçirilib - APA TV

«Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması» layihəsi üzrə yekun konfrans keçirilib - <span style="color: red;">APA TV
# 20 iyun 2013 08:06 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Bu gün Bakıda «Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması» layihəsi üzrə yekun konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, son üç ildə icra olunmuş layihə çərçivəsində DƏMX-nin fəaliyyəti müasir səviyyədə qurulub, potensialı gücləndirilib. Dövlət nəzarətinin həyata keçirilməsi üçün maddi-texniki və instutisional bazanın beynəlxalq konvensiyalardan irəli gələn prinsiplərə uyğun şəkildə gücləndirilməsində mühüm rol oynayıb.

 

Nazir qeyd edib ki, Azərbaycanın fəal beynəlxalq əməkdaşlıq müstəvisində layiqli əmək sahəsində malik olduğu strategiyanın əsas hədəflərindən biri də əmək hüquqları sisteminin və bu hüquqların təminatına dövlət nəzarəti  mexanizminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsidir.

 

Tədbirdə daha sonra qeyd olunub ki, layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən əmək müfəttişləri üçün təlim strategiyası, o cümlədən «Əmək müfəttişləri üçün təlimat» adlı vəsait, Etik Davranış Qaydaları hazırlanıb. Həmkarlar və işəgötürənlər təşkilatları nümayəndələrinin beynəlxalq səviyyəli təlim və təcrübə səfərləri təşkil edilib. Müfəttişlər üçün mobil laboratoriya sisteminin yaradılmasına dəstək verilib. DƏMX-in mərkəzi aparatı və zona idarələri üçün 43 avtonəqliyyat vasitəsi alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR