Bank Of Baku

® «Procter & Gamble Azerbaijan» şirkəti yeni layihənin icrasına başlayır

<font color=red>® </font>«Procter & Gamble Azerbaijan» şirkəti yeni layihənin icrasına başlayır
# 03 iyun 2013 08:38 (UTC +04:00)

«PG Azərbaycan»dan APA-ya verilən məlumata görə, Pampers Ekspertlər Heyəti Azərbaycanın tanınmış 4 peşəkar həkimini və uşaqların erkən yaşında inkişafı üzrə mütəxəssisini bir araya gətirəcək. «Facebook»da «Qadınlar Klubu» səhifəsində xüsusi yaradılacaq «Facebook» tədbiqi vasitəsi ilə analar onları maraqlandıran və narahat edən məsələlərlə bağlı həkimlərə suallarını ünvanlandıra biləcək. Həmçinin, həkimlərin tibbi praktikasında rastlaşdığı problemlər, uşağa qulluq və uşağın sağlam böyüməsi sahəsində məsləhətləri qısa video çarxlar şəklində «Facebook» tədbiqində və «Qadınlar Klubu»nun «Youtube» kanalında yayımlanacaq.

 

Pampers Ekspertlər Heyəti hamiləlik dövründə diqqət edilməsi lazım olan məqamlardan başlayaraq körpənin sağlam böyüdülməsi, qidalanması, intellektual və emosional inkişafı kimi bir çox mövzuda ana və ana olacaq xanımları maarifləndirməyi hədəfləyir.

 

Layihənin bu ilin iyun ayında fəaliyyətə başlaması nəzərdə tutulub.

 

Yeni «Pampers Premium Care» körpələrə 5-ulduzlu dəri müdafiəsini təmin edir. «Pampers» markalı məhsullar dünyanın ən qabaqcıl təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verir. «Pampers» - «Procter & Gamble» şirkətinin ən tanınmış brendlərindən biridir.

 

Qeyd edək ki, «Procter & Gamble» öz brendləri ilə dünyada təqribən 4,4 mlrd. insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Duracell®, Wella®, Gillette®, Camay®, Safeguard®, Lenor®, Ace®, Dreft®, Wash & Go®, Discreet®, Comet®, Londacolor® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü portfellərdən birinə sahibdir. «P&G» icması təqribən 80 ölkədə fəaliyyət göstərir. «P&G» şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün, «Procter & Gamble»in Azərbaycan ofisinin «Facebook» səhifəsinə (www.facebook.com/pgazerbaijan) və www.pg.com  saytına baş çəkin.

 

«P&G» şirkətinin Azərbaycandakı nümayəndəliyi 1998-ci ildən fəaliyyət göstərir. Azərbaycanda 1,2 mln.-dan artıq gənc ana və uşaq «P&G» şirkətinin əhalinin gigiyena savadını artırmağa dair layihəsində və digər sosial layihələrdə iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR