APA-nın xəbərinə görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN-in yaradılmasının 7-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.
Nazir deyib ki, 2012-ci ilin 11 ayı ərzində neft və qazçıxarma sənayesində, maye və təbii qaz obyektlərində, dağ-mədən, metallurgiya, kimya, neft-kimya müəssisələrində, təhlükə potensiallı sənaye avadanlıqlarının istehsalında, təhlükəli yüklərin avtonəqliyyat vasitələri və dəmir yolu ilə daşınmasında, magistral boru kəmərlərində və digər sahələrdə işlərin təhlükəsiz görülməsinə nəzarət məqsədilə 4000-dən artıq müəssisədə 33 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıqlar üzrə texniki müayinələr keçirilib.
Nəticədə 16 mindən artıq pozuntu aşkar edilib, 476 qurğu və avadanlığın istismarına müvəqqəti qadağa qoyulub, təhlükəsiz istismar qaydalarına əməl olunmasında 3000-dən çox göstəriş aktı verilib, nəticədə 10 mindən artıq pozuntu halı aradan qaldırılıb.
Nazir deyib ki, texniki təhlükəsizlik qaydaları üzrə biliklərin yoxlanılması üçün 7000-dən artıq fəhlə və mühəndisin biliyi yoxlanılıb.