Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Nazirlər Kabineti İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin yaradılması haqqında qərar qəbul edib.
«APA-Economics»in Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının 7.2-ci bəndinin doqquzuncu abzasına əsasən, Təhsil Nazirliyinin təklifini nəzərə alaraq, regional çoxprofilli kolleclərin yaradılması məqsədi ilə Nazirlər Kabineti Təhsil Nazirliyinin İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin yaradılmasına dair qərar qəbul edib.
Nazirlər Kabineti Təhsil və Maliyyə nazirlikləri, həmçinin İsmayıllı rayon İcra Hakimiyyətinə sözügedən kollecin maliyyələşdirilməsi və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməsi tapşırılıb.