Bank Of Baku

Beynəlxalq Əmək Təşkilatı: Azərbaycan əhalinin gəliri orta səviyyədən yüksək olan ölkələrdəndir

 Beynəlxalq Əmək Təşkilatı: Azərbaycan əhalinin gəliri orta səviyyədən yüksək olan ölkələrdəndir
# 04 iyun 2013 09:28 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının “2013-cü ildə əmək dünyası. İqtisadi və sosial düzənin bərpası” adlı hesabatında bildirilir.

 

Hesabata əsasən, ölkə əhalisinin 21 faizi yoxsullar kateqoriyasına (gündəlik gəliri 4 dollardan az),  19 faizi orta təbəqəyə (gündəlik gəliri 10-50 dollar) daxildir. Ölkə əhalisinin əksəriyyətini isə “tərəddüd edən qrup”, yəni gündəlik gəliri 4-10 dollar olan vətəndaşlar təşkil edir.

 

Azərbaycandan fərqli olaraq Ermənistan və Gürcüstan gəliri orta səviyyədən aşağı olan ölkələr siyahısındadır. Gürcüstanda əhalinin 38 faizi yoxsullar kateqoriyasına , 10-12 faizi isə orta təbəqəyə aiddir. Ermənistanda yoxsulların sayı 20 faiz, orta sinfin sayı isə 8 faiz təşkil edir.

 

Hesabata əsasən, gəlirlərin qeyri-bərabərliyi ən çox Fransa, Danimarka, İspaniya və ABŞ-da nəzərə çarpır.

 

Proqnozlara əsasən, 2015-ci ildə dünyada işsizlərin sayı 8 milyon nəfər artaraq 208 milyon nəfərə çatacaq. İndiki tendensiya qalarsa, 2018-ci ildə dünyada 214 milyon işsiz olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR