Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə 2-ci "İmagine" Avropa Tolerantlıq Festivalının rəsmi bağlanış mərasimi keçirilib.
APA-nın xəbərinə görə, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib ki, keçən il olduğu kimi, bu il də festival musiqisevərləri çox məmnun edib.
Daha sonra çıxış edən "United.cultures"in icraçı direktoru Paola Kasaqrande bildirib ki, 2-17 may tarixlərində baş tutan festival çərçivəsində tolerantlıq, multikulturalizm və mədəniyyətlərarası dialoq kimi mövzuları əhatə edən tədbirlərdə 4 min nəfər iştirak edib. Builki festivalın proqramına Aİ-yə üzv 16 ölkənin və üzv olmayan 12 ölkənin 37 filminin nümayişi, 3 konsert, rejissor və musiqiçilərin iştirakı ilə 6 masterklass və 6 debatlar daxil idi.
Aİ-nin Azərbaycan nümayəndəliyinin birinci müşaviri Denis Danilids festival barədə məlumat verərək "İmagine" festivalının hüdudlarının genişləndiyini bildirib.
Moldovanın Azərbaycandakı səfiri George Leuka festivalın çox əhəmiyyətli mədəni tədbir olduğunu söyləyib: "Moldova üçüncü dəfə də bu festivalda iştirak etmək fikrindədir. Həmçinin, bu il ərzində Azərbaycanda başqa mədəni tədbirlər də təşkil etməyi nəzərdə tutmuşuq. Moldovanın müstəqillik günü ilə bağlı Azərbaycana Moldovadan bəzi incəsənət nümayəndələrinin gətirilməsini planlaşdırırıq. Bu ilin oktyabr ayında isə Moldovada Azərbaycan ədəbiyyat günləri keçiriləcək".
"İmagine" Avropa Tolerantlıq Festivalının bağlanış mərasimi keçirilib
22 may 2018 16:34 (UTC +04:00)
Sosial
ƏƏSMN-in Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi beynəlxalq ISO sertifikatlarına layiq görülüb
18:05
16 may 2024
Kürün Qazaxdan keçən hissəsində daşqın olub, fəsadlar yaranıb - FOTO
17:15
16 may 2024
Qarabağ Universitetində daha iki vakansiya elan edilib
17:08
16 may 2024
Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb
15:59
16 may 2024