Bank Of Baku

Magistraturaya sənəd qəbuluna fevralda başlanacaq

 Magistraturaya sənəd qəbuluna fevralda başlanacaq
# 08 yanvar 2013 09:16 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulunun vaxtını açıqlayıb. APA-nın xəbərinə görə, TQDK-nın Magistratura şöbəsinin müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib ki, bu il ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbuluna  fevral ayında başlanacaq. Onun sözlərinə görə, bu il də magistraturaya qəbul imtahanları iki mərhələdə olacaq: “Birinci mərhələdə test üsulu ilə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi yoxlanılacaq. Bu mərhələdə TQDK tərəfindən müəyyənləşdirilən tələbləri yerinə yetirən bakalavrlar ikinci mərhələdə iştirak hüququ qazanacaqlar. Burada isə onların seçdikləri qəbul proqramları üzrə ixtisas bilikləri test üsulu ilə yoxlanılacaq. Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı cavab verəcəklər. İmtahanın ilk mərhələsi mart ayında, ikinci mərhələsi iyunda keçiriləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR