Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"na dəyişiklik edib. APA-nın NK-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, dəyişiklik "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqi barədə" ölkə prezidentinin fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.
Dəyişikliyə əsasən "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın 4.1-ci bəndinin üçüncü abzasında "qeydiyyatda olduqları hərbi komissarlıqlar" sözləri "hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri" sözləri ilə əvəz edilib.